QƏBƏLƏDƏ YENİ MƏKTƏB BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Qəbələ rayonunun Savalan kəndində yeni məktəb binası, şəhər 1 nömrəli və Çüxur Qəbələ kənd orta məktəb binaları isə əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon təhsil şöbəsinin müdiri Fərman Hacıyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsilimizə göstərdiyi yüksək diqqət və qayğıdan, bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan danışmışlar.
Tədbirlərdə bildirilmişdir ki, bu il rayonun məktəblərində 19 min 800 şagird təhsil alacaqdır. Birinci sinifdə oxuyacaq 1450 şagirdə Heydər Əliyev Fondunun məktəbli çantaları və dərs ləvazimatları hədiyyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]