QƏRB BÖLGƏSİNDƏ KEÇƏN İLDƏKİNDƏN XEYLİ ÇOX TAXIL İSTEHSAL EDİLMİŞDİR
Samux, 9 sentyabr (AZƏRTAC). Samux Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun verdiyi məlumata görə, bu il qərb bölgəsində ötən ildəkindən xeyli çox taxıl əldə edilmişdir.
Ən yüksək məhsuldarlığın Goranboy rayonunda qeydə alındığını bildirən idarə rəisi demişdir ki, rayon üzrə 28 min 500 hektar sahədən 84 min 627 ton taxıl götürülmüşdür ki, bu da əvvəlki ilin göstəricisindən xeyli çoxdur. Samux rayonunda 10 min 832 hektardan 43 min ton, Göygöl rayonunda 10 min 700 hektar sahədən 19 min ton məhsul yığılmışdır.
Ümumilikdə bu il qərb bölgəsində keçən ildəkindən 50 min ton çox taxıl tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]