Qərb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılacaqdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 19-da Qərb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş seminar keçiriləcəkdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müəllim və tələbələrin 20 Yanvar faciəsi ilə bağlı məruzələri dinləniləcəkdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hadisələrin şahidləri - professor Qüdrət Əbdülsəlimzadə və tarix elmləri namizədi Cəbi Bəhramov xatirələrini bölüşəcəklər.
Tədbir çərçivəsində 20 Yanvara həsr olunmuş kitablardan və qəzet materiallarından ibarət sərgi keçiriləcəkdir.
Məruzə və çıxışlar kitab şəklində çap ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]