Qeyri-iş günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Bakı, 4 dekabr, E.Hüseynov, AZƏRTAC
Yaxın günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi 15-20 m/s olacaq, səhər və gündüz arabir 25-28 m/s-dək güclənəcək. Temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacağı gözlənilir. Dekabrın 7-də isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Cənub küləyi 8-13 m/s, səhər və gündüz arabir 15-18 m/s olacaq. Temperaturu gecə 0-2° isti, gündüz 5-9° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin ayın 6-da axşam və 7-də bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin dekabrın 6-da axşam və 7-də bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Temperaturun gecə 5-10°, bəzi yerlərdə 15° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin ayın 6-da axşam və 7-də bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin ayın 6-da axşam və 7-də bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin dekabrın 6-da axşam və 7-də bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-4° isti təşkil edəcək.