Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğız alimi: Azərbaycan SSRİ-dəki türk xalqlarının yazısının latınlaşdırılmasında pioner olub MÜSAHİBƏ

Qırğız alimi: Azərbaycan SSRİ-dəki türk xalqlarının yazısının latınlaşdırılmasında pioner olub MÜSAHİBƏ

Bakı, 1 dekabr, Leyla Muradzadə, AZƏRTAC

Birinci Türkoloji Qurultay türkologiyanın dilçilik, orfoqrafiya, ədəbiyyat, etnoqrafiya, terminologiya və latın qrafikasına keçid məsələləri kimi aktual problemlərinin həlli yollarını göstərməyə cəhd edən ilk elmi forum olub. Bu forum Türk dünyasında mədəni inteqrasiya və maarifçilik perspektivlərinin və nəzəri əsaslarının müəyyənləşdirilməsində müstəsna rol oynayıb.

Bunu AZƏRTAC-a müsahibəsində Qırğızıstanın Oş Dövlət Universitetinin Şərqşünaslıq İnstitutunun Şərq əlyazması və İrsi Fondunun rəhbəri, tarix elmləri doktoru, professor Baybolot Abıtov bildirib.

 

Repressiyaya məruz qalmış və güllələnmiş alimlərin qurultayı

Professorun fikrincə, tarix sübut edir ki, Bakı Türkoloji Qurultayı, əslində, repressiyaya məruz qalmış və güllələnmiş alimlərin qurultayına çevrilib. “Qurultaydan sonra, xüsusən də 1930-cu illərdə onun iştirakçılarının böyük bir qismi, alim və dövlət xadimləri burjua millətçiliyində, pantürkizmdə, panislamizmdə, qadağan olunmuş siyasi partiyalara üzvlükdə, ideoloji “təxribatçı” fəaliyyətdə, trotskiçilərlə, buxarinçilərlə, burjua millətçiləri ilə, “ikiüzlülərlə”, keçmiş feodallar, kapitalistlər və mülkədarlarla əlaqələrdə, xalqların tarixinin təhrifində və daha bir çox məsələlərdə ittiham ediliblər. Bu cür ittihamlarla “qırmızı terror” və kütləvi repressiya illərində sağ qalmaq demək olar ki, mümkün deyildi”, – deyə B.Abıtov danışır.

Repressiyaların pik nöqtəsi 1937–1938-ci illərə təsadüf edib; həmin dövrdə qurultayın onlarca nümayəndəsi repressiyaya məruz qalıb. “Onların bir çoxu, o cümlədən Anatoli Genko, Mixail Qavrilov, İlya Borozdin dəfələrlə həbs olunaraq mühakimə ediliblər. Güllələnmiş və repressiyaya uğramış şəxslər arasında Qırğızıstandan olan nümayəndələr – Kasım Tınıstanov və Bazarkul Daniyarov da var idi. Qurultayın iştirakçısı olmasalar da, bu siyahıya türkologiyanın inkişafına böyük töhfə vermiş, repressiya olunmuş türkologiya üzrə mütəxəssislər olan İşenalı Arabayev, Mircakıp Dulatov, İlyas Alkin, Osman Akçokraklı və bir çox başqalarını da əlavə etmək olar. Bütün bu faktlar sübut edir ki, Birinci Türkoloji Qurultay “repressiya olunan və güllələnənlərin qurultayı” idi. Məhz bu alimlər ərəb qrafikasından latın qrafikasına keçid prosesinin əsasını qoydular ki, bu da sovet dövrünün sonrakı illərində həyata keçirildi. Qeyd etmək lazımdır ki, türkologiya problemi bu gün də aktuallığını itirməyib və bu sahənin daha dərindən öyrənilməsini tələb edir”, – deyə tarixçi əlavə edib.

Qurultayın stenoqrafik hesabatı türk¬ dövlətlərinin intellektual irsinin misilsiz xəzinəsidir

Birinci Türkoloji Qurultayın 1926 və 2011-ci illərdə Bakıda nəşr olunmuş stenoqrafik hesabatının ilk nəşrlərinə, eləcə də 2019-cu ildə Almatıda çap edilmiş ikinci nəşrinə sahib olan professor əmindir ki, bu hesabat böyük elmi-praktik əhəmiyyətə malik unikal materialdır. Bu sənəd postsovet türkolo¬giyasının ən mühüm mənbələrindən biri, türk¬dilli ölkələrin intellektual irsinin misilsiz xəzinəsi, həmçinin Azərbaycan SSR-in dövlət xadimləri və alimlərinin təşəbbüsü ilə 1926-cı ilin yazında Bakıda toplaşmış Avropa və Asiyanın görkəmli alimlərinə göstərilən ehtiramın ifadəsidir.

Alim vurğulayır ki, qurultayın materialları yalnız tarixçilər üçün deyil, həm də filoloqlar və humanitar sahələr üzrə tədqiqatçılar üçün böyük önəm daşıyır. Çünki forumun əsas məqsədi SSRİ-də və onun hüdudlarından kənarda türk xalqlarının mədəni həyatına latın qrafikalı əlifbanın və yazının tətbiqi idi. B.Abıtovun sözlərinə görə, bu prosesdə Azərbaycan SSR təbii olaraq SSRİ türk xalqlarının yazısının latınlaşdırılmasında pioner rolunu oynadı və məhz Azərbaycanın təcrübəsi sistemin növbəti inkişaf mərhələsinin əsasını təşkil etdi.

B.Abıtov bildirir ki, SSRİ türk xalqlarını və xarici türkləri (ilk növbədə Türkiyə və İran türklərini) bir araya gətirən ümumtürk qurultayının çağırılmasının təşəbbüskarları sırasında Səmədəğa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Artur Zifeldt-Simumyagi, Pənah Qasımov, Museyib İlyasov, Cəlil Məmmədzadə və başqaları var idi.

Məhz bu qurultayda Azərbaycanın yazının latınlaşdırılması prosesi üzrə təcrübəsinin digər ittifaq respublikaları və muxtar vilayətlərdə tətbiq edilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul edilmişdi.

Qırğız alimləri – latın qrafikası əsasında təhsil sisteminin inkişafının təşəbbüskarları

Professor Abıtov qeyd edir ki, Qırğızıstan Muxtar Vilayəti qurultaya özünün iki ən yaxşı nümayəndəsini – ilk “qırmızı professor” Kasımbek Tınıstanovu və Qırğızıstanda təhsil sisteminin əsasını qoymuş etnopedaqoq Bazarqul Daniyarovu göndərmişdi. “Kasım Tınıstanov Qurultayın Rəyasət Heyətinin üzvü seçilmişdi. Onlar qurultayın işində fəal iştirak edir, latın qrafikası əsasında təhsil sisteminin inkişafının təşəbbüskarlarına çevrilmişdilər və qısa müddət sonra Qırğızıstan da elə bu qrafikaya keçdi. Təəssüf ki, bir çoxları kimi, onların da müzakirələrdəki çıxışları stenoqrafik hesabatda tam şəkildə yer almamışdır”, – deyə alim bildirir.

Rəsmi stenoqrafik hesabatın məlumatına görə, Qurultayda 131 nümayəndə iştirak edib. Onların 93-ü türk xalqlarının, 38-i isə qeyri-türk millətlərinin nümayəndələri olub. “Onların arasında cəmi bir qadın var idi. Rəsmi nümayəndələrlə yanaşı, qurultayın işində Türkiyədən Əli bəy Hüseynzadə və Mehmet Fuad Köprülüzadə, həmçinin Avropadan Paul Vitek və Yulius Messaroş kimi alimlər də iştirak etmişdilər. Rusiyadan isə akademiklər və tanınmış alimlər gəlmişdi. Onların arasında Vasili Bartold, Sergey Malov, Aleksandr Miller, Aleksandr Samoyloviç, Lev Şerbak, Sergey Oldenburq, Nikolay Poppe, Konstantin Yudaxin, Nikolay Yakovlev və başqaları var idi”.

Yeddi gün ərzində keçirilmiş 17 iclasda türkolo¬giyanın əsas məsələləri üzrə məruzələr dinlənilmiş və akademik Vasili Bartoldun “Türk xalqlarının tarixinin tədqiqində müasir vəziyyət və yaxın perspektivlər”, Sergey Ruden¬konun “Türk tayfalarının etnoqrafik tədqiqatlarında müasir vəziyyət və yaxın vəzifələr”, Sergey Malovun “Qədim türk dillərinin tədqiqi”, Bəkir Çobanzadə və Hənəfi Zeynallının “Elmi terminologiya sistemi haqqında”, Ahmet Baytursunovun “Qazax terminologiyasının prinsipləri haqqında” və digər məruzələr müzakirə olunmuşdu.

Professorun sözlərinə görə, Qurultayın nəticələri üzrə yeni türk əlifbası, türk dillərinin tədqiqi, tədris metodikası, ölkəşünaslıq, orfoqrafiya, elmi terminologiya sistemi və digər məsələlərə dair qətnamələr qəbul edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar