Qış istirahət günlərində gözlənilən hava şəraiti
Bakı, 28 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti Qış istirahət günlərində - 2022-ci il 31 dekabr, 2023-cü il yanvarın 1, 2 və 3-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
AZƏRTAC həmin məlumata istinadən bildirir ki, Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyinin sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.
Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.
Balakən, Şəki, Zaqatala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.
Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]