Qisas yerdə qalmayacaq və ermənilər layiqli cəzalarını alacaqlar
Bakı, 26 fevral (AZƏRTAC). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər qəfildən Xocalıya hücum etdilər. Biz evimizi tərk edərək yaxınlıqdakı dəmir yolu tərəfə üz tutduq. Burada tuneldə gizlənməli olduq. Erməni faşistləri hər tərəfi oda qaladığından burada gizlənməyimiz mümkünsüz idi. Məcbur olub Ağdam istiqamətində yola çıxdıq. Naxçıvanik kəndi yaxınlığında, açıqlıq ərazidə ermənilər tərəfindən gülləbarana tuş gəldik.
Bu sözləri AZƏRTAC-a fevralın 26-da keçirilən ümumxalq yürüşünün iştirakçısı, Xocalı sakini Vaqif Vəliyev demişdir.
V.Vəliyev deyir: Qaranlıq, müdhiş gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Çarəsiz ana öz qucağında 6 aylıq körpəsini boğdu. Qız-gəlinlərimiz əsir düşdülər, girov götürüldülər, meşələrdə onlarla insan acından, soyuqdan tələf oldu.
Azğınlaşmış erməni cinayətkarları azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Ermənilər mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş xocalılıları yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə qətlə yetirirdilər.
Bu gün bu izdihamı görəndə bir daha yəqin etdim ki, qisas yerdə qalmayacaq və ermənilər layiqli cəzalarını alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]