Qızıl medal qazanan boksçu: Təlim-məşq toplanışına yaxşı hazırlaşmışdım, bəhrəsini də gördüm
Yevlax, 5 oktyabr, AZƏRTAC
III MDB Oyunlarının təlim-məşq toplanışına yaxşı hazırlaşmışdım, onun da bəhrəsini gördüm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Əli Əliyev söyləyib.
O bildirib ki, turnir ərzində üç döyüş keçirib: “İlk döyüşümdə qırğızıstanlı idmançı ilə qarşılaşdım və qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda qazaxıstanlı boksçu ilə döyüşdüm və onu da məğlub etdim”.
Əli Əliyev diqqətə çatdırıb ki, finalda Tacikistan təmsilçisinə qalib gələrək qızıl medala sahib olub.
Boksçunun sözlərinə görə, yarışlar ona gələcək döyüşləri üçün böyük təcrübə qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]