Qızılın qiyməti artıb
Bakı, 29 avqust, AZƏRTAC
Dünya bazarlarında qızılın unsiyası 0,2 faiz artaraq 1923 dollara satılır. Dollar indeksinin və ABŞ istiqrazlarının faizlərinin azalması qızılı dəstəkləyib.
AZƏRTAC-a “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ xəzinədarlığının ötən günkü istiqraz hərraclarından sonra 2 illik ABŞ istiqrazlarının faizi 5 bənd azalaraq 5 faizin qızıla, 10 illik istiqraz isə 4,17 faizə düşüb.
Bu gün gümüş və platinin qiymətləri də artıb, palladium isə ucuzlaşıb.