REGİONLAR
Qobustan rayonunda COVİD-19 epidemiyasına qarşı profilaktik tədbirlər davam etdirilir
Qobustan, 11 mart, AZƏRTAC
Qobustan rayonunda koronavirus (COVİD-19) epidemiyasına qarşı profilaktik tədbirlər davam etdirilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən təhsil ocaqlarında, körpələr evi-uşaq bağçalarında başlayaraq sanitariya-gigiyena, əksepidemik rejimlərin yerinə yetirilməsi və dezinfeksiya işləri aparılır. Artıq rayonda fəaliyyət göstərən 60 ümumtəhsil müəssisəsində, Qobustan şəhər 1, 2, 3 və 4 saylı, Sündü, Çuxlanlı və Xilmilli körpələr evi-uşaq bağçalarında, habelə daha 23 idarə, müəssisə və təşkilatda dezinfeksiya işləri görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Koronavirus epidemiyasına qarşı mübarizədə əhalinin maarifləndirilməsi də vacibdir. Bu məqsədlə mütəxəssislər xüsusilə insanların daha çox olduğu yerlərdə geniş izahat işləri aparırlar.