QSC neft şlamının emalı və zərərsizləşdirilməsi sahəsində tədbirlər həyata keçirir
Bakı, 26 may (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2007-ci ildə İsveçrənin Alfa-Laval şirkətinin, gücü 30 kubmetr/saat olan 2 ikifazalı dekantor qurğusunu almış, elə həmin ildən “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində, Heydər Əliyev adına Bakı və “Azərneftyağ” neft emalı zavodlarının (NEZ) istehsalat sahələrində uzun illər yığılıb qalmış neft şlamının emalına və zərərsizləşdirilməsinə başlamışdır. Bu da ərazinin ekoloji vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərmişdir.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, may ayında “Azərneftyağ“ NEZ-in ərazisində olan “Alfa-Laval” dekantor qurğusunda təmir-profilaktika işləri aparılmış, qurğunun ötürücü nasosları yenisi ilə əvəz edilmiş və istismara buraxılmışdır. Bu günlərdə analoji işlər QSC-nin Heydər Əliyev adına BNEZ-in ərazisində istismarda olan qurğusunda da yerinə yetiriləcəkdir.
Hazırda QSC-də Hollandiya istehsalı, məhsuldarlığı 20 kubmetr/saat olan üçfazalı modul dekantor qurğusunun istismara verilməsi istiqamətində hazırlıq görülür. Qurğu üçün transformator binası tikilmiş və beton platforma hazırlanmışdır. Yaxın günlərdə qurğunun quraşdırılmasına başlanılacaqdır. Bu qurğunun istismara verilməsi ilə neft şlamının emalı və zərərsizləşdirilməsi təkmilləşəcək və məhsuldarlıq xeyli artırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]