Quba-Xınalıq yolunda minik avtomobili çaya düşüb, xəsarət alanlar var
Quba, 4 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba-Xınalıq yolunda minik avtomobilinin çaya aşması nəticəsində 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Küsnətqazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhərində yaşayan Sərdar Mehrəli oğlu Abbasovun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil körpüdən keçərkən Qudyalçay çayına aşıb. Hadisə nəticəsində sürücü, həmçinin avtomobildə olan sərnişinlər - Səbuhi Sərdar oğlu Abbasov və Vüsalə Elşad qızı Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda olan vətəndaşların köməyi ilə çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]
Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO
- 29.09.2026 [11:08]