Qubada əmək yarmarkası keçiriləcək
Quba, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 27-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçiriləcək yarmarkada 9 müəssisə tərəfindən işsiz və işaxtaran şəxslərə 40 boş iş yeri təqdim ediləcək.
Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun sahələri əhatə edir. Yarmarkada işəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [09:28]