Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qumru Şəhriyar: Türk xalqları tapındıqları dağlara ölkənin, yurdun qoruyucusu kimi baxıblar

Qumru Şəhriyar: Türk xalqları tapındıqları dağlara ölkənin, yurdun qoruyucusu kimi baxıblar

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 27 noyabr, AZƏRTAC

Bəşəriyyət mövcud olandan insanlar kainatı yaradanın varlığına inanıb və yaşa dolduqca özləri üçün inanclar sistemi qurublar. Zaman-zaman suya, oda, ağaca, dağa, müxtəlif heyvanlara inanan insan onlara Tanrı adı verərək səcdə ediblər. Bu inanclar daha çox türk xalqlarının, eləcə də azərbaycanlıların tarixində özünü qabarıq şəkildə büruzə verib. Mənbələrə əsasən, hunlarda müqəddəs dağlar varmış. Onlar dövlətlər arasında sülhü bərqərar etmək üçün bu dağların zirvəsində qurban kəsiblər. Bir sıra türk xalqları belə müqəddəs dağları ulu baba, ulu ana kimi qəbul ediblər. Ona görə də qadınlar bu dağları uzaqdan görəndə başlarını örtüblər. Bu adət Naxçıvanın bəzi ərazilərində son zamanlara qədər yaşayırdı.

Bu fikirlər AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyarın AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Böyük Qafqaz dağarından birinin Babadağ (Quba rayonu ərazisində) adlandırılması Azərbaycanın da dağa ulu baba, sоyun başlanğıcı kimi baxmasına işarədir. Bəzi alimlər dağın belə müqəddəs sayılmasını türk xalqlarının əkinçiliklə məşğul olması, bu işdə dağın su, yağış, bir sözlə, həyat qaynağı olması ilə bağlayırlar. Hətta qədim azərbaycanlılar dağın da insan kimi “yaşadığını” düşünüblər.

Əfsanəyə görə, Nuh peyğəmbər yer üzünü su bürüyən zaman əvvəlcədən düzəltdiyi gəmiyə minir və xeyli azuqə götürür. Gəmiyə çoxlu heyvan da mindirir. Onlar bir gün başı qarlı Qısırdağa yan alırlar. Dağın başı bu qədər heyvanları tuta bilmədiyindən о, xəcalət çəkir. Həmin gün dağ bir oğul doğur. Qısırdağ о gündən Ağrı dağı adlanır. Gəmidəki heyvanlar hər iki dağın başına yеrləşirlər.

  Başqa əfsanəyə görə, Beşbarmaq dağına və üzbəüz, sahilə yaxın dənizin içindəki qayanı ona qardaş saymış və оnlara qurbanlar kəsmişlər.

XIX əsrdə erməni katolikosu M.Barхudaryan Xudafərin körpülərindən Diri dağın ətəklərinə qədər olan əraziləri (Cəbrayıl rayonu) qədim erməni torpağı adlandırmışdır. M.Barхudaryanın bu fikirləri “böyük Ermənistan” qurmaq ideyasına xidmət edirdi. Amma qeyd etməliyik ki, Diri dağın adı “dirilik”, “həyat” mənalarını verir və bu dağın yerləşdiyi ərazilərin erməni ərazisi olması haqda heç bir məlumat yoxdur. Diri dağında yerli əhalinin “Qız qalası” adlandırdığı və tədqiqatçıların XII-XIV əsrlərə aid etdikləri abidə orta əsr memarlığının ən gözəl nümunələrindəndir. Buradan Naxçıvan istiqamətinə qədər ərazilər və İranın Arazboyu hissəsi tam aydın görünür. Diri dağdan və xüsusilə “Qız qalası”ndan müşahidə və müharibə üçün istifadə olunurdu.

M.Barхudaryanın sahiblik etməyə çalışdığı digər yer “Ağoğlan piri” adlanan dağdır. Ağoğlan dağında yerləşən kiçik qəbiristanlıq gah xaçpərəstlik, gah da bütpərəstlik dövrünə aid edilir. Əfsanəyə görə, burada qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan (“ağ oğlan” sözü “gözəl oğlan” dеməkdir) dəfn еdilmişdir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi də müsəlman ziyarətgahına çevrilmişdir.

Cəbrayıl rayonunun cənubunda yerləşən Qurbantəpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Günəşə, Aya sitayiş etdikləri dövrə aiddir. Yerli əhali təzə il yaxşı gəlsin və məhsul bol olsun deyə bu dağda qurban kəsər, bişirdikləri yeməyin suyundan gündoğan tərəfə səpər, sonra yeməyi yeyər və Günəşə sitayiş еdərmişlər. ХХ əsrin ortalarına qədər bu inanc saxlanılırdı.

Bu ərazidə bir başqa sitayiş olunan dağ da Ziyarət dağı adlanır. Rəvayətə görə, оrada bir sərkərdənin evlənmək təklifini rədd etdiyinə görə öldürülən bir qız dəfn еdilmişdir. Bu qəbir-abidəni bəzi müəlliflər xaçpərəstlikdən qabaqkı dövrlərə aid edirlər. Bəzi alimlər isə bilə düşünürlər ki, bu qəbir-abidə əvvəlcə alban kahinlərinin ibadətgahı olmuş, sonralar isə müsəlmanların ziyarətgahına – pirə çevrilmişdir.

Hələ qədim zamanlarda dağa, dağ ruhuna dağ tanrısına inam bir çox türk xalqlarında müstəqil etiqada çevrilib. Türk xalqlarda dağın xoşbəxtlik və ya bədbəxtlik gətirməsi ilə bağlı bir rəvayətə deyilir: Uyğur taxtına yenicə əyləşmiş bir gənc xaqan uyğurlarla çinlilər arasında çoxdan davam edən qanlı savaşa son qoymaq üçün Çin xaqanının qızı ilə evlənməyi qərara alır. Uyğur elində “Qutlu” adlı böyük, çox nəhəng bir qaya varmış. Çinlilər uyğur xaqanının istəyinə razı olurlar, ancaq qızın əvəzinə о nəhəng qayanı istəyirlər. Xaqan daşı vermək qərarına gəlir. Çinlilər “Qutlu” qayanı parçalayıb ölkədən aparırlar. Bununla da gənc xaqanın qara günləri başlayır. Yurddakı quşlar, heyvanlar qayanın parça-parça aparılmasına matəm saxlayıb ağlayırlar. Yeddi gündən sonra xaqan ölür. Qara gün arxasınca qara gün gətirir. Bulaqların, göllərin suyu quruyur. Torpaqlar çat-çat olur, məhsul vermir...

Göründüyü kimi, türk xalqları tapındıqları dağlara ölkənin, yurdun qoruyucusu kimi baxıblar. Mahmud Kaşqarlı özünün məşhur “Divani lüğat-it-türk” əsərində yazır: “İki türk qəbiləsi bir-biri ilə müharibə aparır, döyüşçüsü az olan yağısını yеnir. Yenilmiş ordunun döyüşçüsündən soruşurlar ki, necə oldu ki, siz çox olduğunuz halda yеnildiniz? Əsir döyüşçü cavab verir ki, müharibənin başlandığını xəbər verən davullar çalınarkən başımızın üstündə yaşıl dağ göründü. Bu dağ göyü örtdü, dünya gözümüzdə qaraldı. Dağdan qapılar açıldı və оradan bizim üzərimizə cəhənnəm yağdırıldı. Buna görə də yеnildik”.

Burada dağın insanlara yardımından başqa dağın yaşıl rəngdə olması da diqqəti cəlb edir. Yaşıl rəng gənclik, təravət və yaşıllıq ilahəsinin rəmzidir.

Türk xalqlarında belə bir inam varmış ki, od tanrısı dağ ruhu ilə birgə yaşayır. Oda nə nəzir versən, о da dağ ruhuna, dağ tanrısına verər. Gəlin biz də bütün nəzirlərimizi Qarabağda yandırılan hər bir oda, ocağa, hər bir tonqala niyyət edək. Niyyət edək ki, od tanrısı uzun illər əsir düşmüş dağların ruhu naminə bizə yardım etsin. O yerlərdə yenidən isti yuvaların, od-ocaqların tüstüsü ərşə dirənsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib