QUSARDA AZƏRBAYCAN VƏ RUSİYA SƏRHƏD XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 1-də Azərbaycanın Qusar rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant E.Quliyevin və Rusiya Federasiyası Sərhəd Qoşunlarının komandanı general-polkovnik V.Proniçevin rəhbərliyi ilə Azərbaycan və Rusiya sərhəd xidmətləri nümayəndə heyətlərinin işçi görüşü olmuşdur.
Görüşdə regionda və Rusiya-Azərbaycan sərhədində mövcud vəziyyət, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər, həmçinin iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın vəziyyəti və gələcək inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılmış, 2004-cü il martın 17-də Bakı şəhərində imzalanmış Qarşılıqlı Əlaqə Planının icra vəziyyəti nəzərdən keçirilmişdir.
Görüş işgüzar, dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]