RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNDƏ GÖRÜŞ
Professor İmants Freyberqs və latviyalı qonaqlarla keçirilən görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda son illər bu sahədə əldə edilmiş uğurlardan danışdı.
Latviyalı qonaqlar məktəblərin kompüterləşdirilməsi, bölgələrdə rabitənin inkişafı sahəsində görülən tədbirlərlə maraqlandılar. Əli Abbasov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatına dair ikiillik proqramın təsdiq edildiyini xatırlatdı və bununla əlaqədar görülən işlər barədə məlumat verdi.
Respublikamızın bölgələrində rabitənin inkişafı ilə bağlı görülən işlər haqqında deyilənlər də qonaqlarda maraq doğurdu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Görüşdən xatirə olaraq, professor İmants Freyberqsə hədiyyələr, o cümlədən Azərbaycanın poçt markalarından ibarət albom təqdim edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]