Ramin Əlizadə: Bizans imperiyasının dövlət əhəmiyyətli sənədlərində türklər İskit və ya Sak adlandırılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
IV-V əsrlərdə Azərbaycan türk boyları Sasani fars imperiyasının zərdüştiliyi zorla yaymaq siyasətinə qarşı mübarizə aparırdılar. V əsr müəllifi Yegişe Ərən adlı hun sərkərdəsinin Balasakanı özünə iqamətgah edən Sak hökmdarı ilə saziş bağlayaraq Sasani ordusuna qalib gəlməsindən, hətta qarətçi erməniləri Şərqi Anadoluya qədər qovmasından bəhs edir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
O bildirib ki, Alban tarixçisi Gəncəli Kirakos “Tarix” adlı əsərində türk boylarının qədim zamanlarda olduğu kimi, XI-XIII əsrlərdə də İskit adı ilə tanındığını qeyd edib.
“Bizans imperiyasında IV-XV əsrlərdə yazılmış yüzlərlə tarixi əsərlərdə və dövlət əhəmiyyətli sənədlərdə türklərin müxtəlif dövrlərdə Hun, Oğuz, Qıpçaq, Səlcuq, Osmanlı kimi endonimlərlə tanınmalarına baxmayaraq, bütövlükdə onların hamısı İskit və ya Sak adlandırılıb”, - deyə Ramin Əlizadə qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]