“Ramştayn” qrupunda Ukraynaya hərbi yardım məsələləri müzakirə edilir
Kiyev, 15 iyun, AZƏRTAC
Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının növbəti iclası başlayıb.
AZƏRTAC “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, iclası ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıb. O bildirib ki, bu gün 50-dən çox ölkənin nazirləri ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edəcəklər, bu, mülki əhalinin və mühüm infrastrukturun Rusiyanın qəddar hücumlarından qorunması üçün zəruridir. Gündəlikdə, həmçinin ukraynalı pilotların hazırlanması məsələsi də var.
NATO-nun Baş katibi Yens Stoltenberq iclasdan öncə keçirdiyi mətbuat konfransında deyib ki, alyansın bir neçə ölkəsi Ukrayna hərbi pilotlarına müasir döyüş təyyarələrindən, xüsusən də F-16-dan istifadə etmək üçün təlim keçməyi qərara alıb.
“Mən bir neçə üzv ölkənin ukraynalı döyüş pilotlarının hazırlanmasına başlamaq qərarını alqışlayıram. Bu, vacibdir və sonrakı mərhələdə F-16 kimi dördüncü nəsil döyüş təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı qərar qəbul etməyə imkan verəcək”, - deyə Yens Stoltenberq vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]