“Real Madrid” azarkeşləri məğlubiyyətdən sonra klub prezidentini istefaya səsləyiblər
Bakı, 3 mart, AZƏRTAC
İspaniya La Liqasının XXVI turunda doğma meydanda “Xetafe”yə məğlubiyyətdən sonra “Real Madrid” azarkeşləri klubun prezidenti Florentino Peresin istefasını tələb ediblər.
AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunun tribunalarına toplaşan fanatlar "Florentino, istefa ver!" şüarları səsləndiriblər.
Matçdan sonra futbolçulardan yalnız qapıçı Tibo Kurtua tərəfdarlara yaxınlaşaraq nəticəyə görə üzr istəyib. Bundan başqa, komanda üzvlərindən heç biri miks zonada mətbuata müsahibə verməyib.
Qeyd edək ki, rəqibinə 0:1 hesabı ilə uduzan “kral klubu” ölkə çempionatında ardıcıl 2-ci dəfə məğlub olub. Hazırda 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real Madrid" lider “Barselona”dan 4 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]