“Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq
Bakı, 11 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarda iştirakçılara sosial media trendlərinin tətbiqi, doğru bilinən yanlışlar, habelə yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair real praktik məlumatlar təqdim olunacaq. Tədbirdə sadalanan platformalar üzrə Azərbaycandan satışlar həyata keçirən şəxslər öz uğur hekayələri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar verəcəklər.
Seminarın sonunda iştirakçılar arasından təsadüfi seçim əsasında seçilən bir nəfərə rəqəmsal ticarət və ödəniş platformalarının iş prinsiplərinin detallı tədris olunduğu biraylıq mentorluq təliminə cəlb olunma imkanı veriləcək.
Tədbir avqustun 19-u saat 11:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək. Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.
Qeydiyyat üçün keçid linki: https://training.ereforms.org/
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [00:16]
“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]