RESPUBLİKAÇILAR PREZİDENT SEÇKİLƏRİ İLƏ YANAŞI, KONQRESƏ SEÇKİDƏ DƏ UĞUR QAZANMIŞLAR
ABŞ-dakı prezident seçkilərinin nəticələrinə görə, Corc Buş ikinci müddətə dövlət başçısı seçilmişdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 3-də ilkin hesablamalar başa çatdıqdan sonra ölkənin 43-cü prezidentinin seçki kollegiyasının 274 səsini qazandığı məlum olmuşdur. Prezident Buşun qələbəsinə ən böyük təkanı Ohayo ştatında respublikaçıların üstünlüyü vermişdir.
Demokratların namizədi senator Con Kerri noyabrın 3-də səhər Ağ evə zəng vuraraq, rəqibini qalib gəlməsi münasibətilə təbrik etmişdir. Respublikaçıların seçki qərargahında çıxış edən Prezident Buş isə seçicilərin ona verdiyi yeni müddəti bütün xalqı birləşdirmək üçün yeni imkan kimi qiymətləndirmişdir. O demişdir ki, xalqın etibarını doğrultmaq üçün əlindən gələni edəcəkdir.
Beləliklə, ABŞ seçicilərinin 51 faizi Corc Buşa səs verərək, ölkənin idarəolunmasını respublikaçılara daha çox etibar etdiklərini göstərmişlər.
Noyabrın 2-də Nümayəndələr palatasına və Senatdakı boş yerlərə keçirilən seçkilərdə də respublikaçılar uğur qazanaraq, Konqresdə partiya üzvlərinin sayını artırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]