Respublikamızda turizm sahəsində ən zəngin kitabxana ATİ-də fəaliyyət göstərir
Bakı, 11 fevral (AZƏRTAC). Hazırda Azərbaycan Turizm İnstitutunda (ATİ) turizm sahəsində müxtəlif kitabların toplandığı Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət göstərir. Bu, respublikamızda turizm sahəsində zəngin tərkibə malik yeganə kitabxanadır.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu kitabxanadan təkcə institutun kollektivi deyil, eyni zamanda, digər ali məktəblərin tələbələri, elmi işçilər də istifadə edirlər. Əsasən xarici ölkələrin nəşri olan kitabları instituta Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Boğaziçi Universiteti, Dünya Turizm Təşkilatı, ABŞ-ın Azərbaycandakı səfirliyi, BMT-nin Azərbaycan təmsilçiliyi, Bakı Səyahət və Ekskursiya Şurası, Avstriyanın İMC Tətbiqi Elmlər Universiteti kimi nüfuzlu qurum və təşkilatlar bağışlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]