Respublikanın 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin 20 rayonunun ümumi əhalisi 340 min nəfərdən artıq olan 188 yaşayış məntəqəsində (2007-2011-ci illər ərzində) modul tipli sutəmizləyici qurğular istismara verilmişdir. Sutəmizləyici qurğuların 53-ü Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə yığılmışdır. Qurğuların 67-si Cənubi Koreya, 65-i isə İsrail istehsalıdır.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, qurğuların inşası zamanı ümumilikdə 1195 kilometr uzunluğunda supaylayıcı şəbəkə yaradılmış, 2 min 475 supaylayıcı məntəqə tikilmiş və üzlüklə örtülmüşdür. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər 500 metrədək məsafəyə dirəklər basdırılaraq elektrik xətti çəkilmişdir. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər isə 1000 metrədək uzunluğunda boru və elektrik xətləri çəkilmişdir. Artıq 4 ildir ki, sutəmizləyici qurğuların böyük bir hissəsi fasiləsiz istismar edilir.
Hazırda daha 7 rayonun ümumi əhalisi 45 min nəfər olan 33 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]