“Reuters”: Cənubi Sudanda vitse-prezidentin həbsinə order verilib
Bakı, 27 mart, AZƏRTAC
Cənubi Sudanda səlahiyyətlilər ölkənin vitse-prezidenti Riek Maçarın həbsinə order verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, onun mühafizəçiləri zərərsizləşdirilib. Riek Maçarın hələlik məlum olmayan ittihamlarla həbsinə qərar verilib. Hazırda onun saxlanılması istiqamətində iş aparılır. Ölkədə bir neçə həftədir vitse-prezident Riek Maçarın da mənsub olduğu Nuer xalqına aid silahlı dəstələr hökumət qüvvələrinə qarşı döyüşür. Döyüşlərdə onlarla insan həlak olub. BMT-nin məlumatına görə, fevral ayından bəri ən azı 50 min nəfər qaçqın düşüb. Döyüşlər paytaxtdan 1300 kilometr uzaqda baş versə də, münaqişənin ölkənin digər bölgələrinə yayılmaq təhlükəsi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]