Reza Deqati: 34 ildir Xocalı mövzusunu sərgilərimdə işıqlandırıram VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bu hadisənin harada, necə baş verdiyi dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır. 34 ildir Xocalı mövzusunu sərgilərimdə işıqlandırıram.
Bunu AZƏRTAC-a açıqlamasında dünyaşöhrətli fotojurnalist Reza Deqati deyib.
O, indiyədək dünyanın müxtəlif ölkələrində 373 sərgi keçirdiyini, 40-dan çox kitabının nəşr olunduğunu bildirib: "Bu həqiqətlərin səsini dünyaya çatdırmaq üçün çoxsaylı konfranslarda çıxış etmişəm. Mən xocalılıların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışam və bu missiyanı bu gün də davam etdirirəm. Bu mövzu daim gündəmdə saxlanmalı, yaddaşlardan silinməməli və gələcək nəsillərə ötürülməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]