Rezidenturaya qəbul olanların qeydiyyatına başlanılır
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyatı prosesinə başlanılır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
- 13.06.2026 [08:05]