RİNAT DASAYEV HƏŞTƏRXAN MÜSƏLMANLARININ “MARAFON”UNA QOŞULUR
AZƏRTAC “Muslim-Press” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Moskvanın “Spartak” klubunun və SSRİ yığma komandasının sabiq məşhur qapıçısı Rinat Dasayev xeyriyyə konsert-marafonu təşkil edən Həştərxan müsəlmanlarını dəstəkləmişdir. Tədbirdən toplanan maliyyə vəsaiti vilayət mərkəzindəki tarixi Ağ məscidin bərpası üçün xüsusi olaraq açılan fonda köçürülür.
Dasayev agentliyə müsahibəsində demişdir: “Həştərxanın müsəlman tatarlarının xeyriyyə konsertləri təşkil etməsi soydaşlarımın vətənpərvərlik ruhundan, müsəlmanların savab iş görməyə daim hazır olmasından xəbər verir”.
Moskva “Spartak”ının və SSRİ yığmasının “qızıl heyəti”nin qapıçısı, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı və dünyanın ən yaxşı qapıçılarından biri, FİFA-nın versiyası üzrə XX əsrin ən yaxşı qapıçısı olan Dasayev hər bir müsəlmanı bu nəcib işin təşkilatçılarını dəstəkləməyə çağırmışdır. O əmindir ki, həştərxanlılar Ağ məscid kimi məşhur ibadətgahın bərpa edilməsi üçün lazımi miqdarda vəsait toplayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:41]
FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb
- 08.05.2026 [18:04]
Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb
- 08.05.2026 [17:55]
Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq
- 08.05.2026 [17:34]
İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb
- 08.05.2026 [17:25]
Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib
- 08.05.2026 [17:15]
Bolqarıstanda yeni hökumət formalaşıb
- 08.05.2026 [17:10]