Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxıb
Qahirə, 8 iyun, AZƏRTAC
Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) çıxdığını elan edib.
AZƏRTAC xəbər verir ki, Ruanda bu qərarını üzv kimi hüquqlarının dəfələrlə pozulması və təşkilatın öz əsas prinsiplərinə əməl etməməsi ilə əsaslandırıb.
Ruanda Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, hökumət "artıq öz əsas prinsiplərinə əməl etməyən və üzərinə düşən vəzifələri yerinə yetirməyən bir təşkilatda üzv qalmağın mənasız olduğunu" düşünür.
Nazirlik qeyd edib ki, təşkilatın iyunun 7-də Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş 26-cı illik sammiti bu qərarın qəbul edilməsində həlledici rol oynayıb. Belə ki, təşkilat əsasnaməsinin altıncı bəndinə zidd olaraq, Ruandanın növbəti dövri sədrlik hüququnu nəzərə almayıb.
Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) 1983-cü ildə yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Mərkəzi Afrikanın 11 ölkəsi (Anqola, Burundi, Kamerun, Ekvatorial Qvineya, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ruanda və San-Tome və Prinsipi) təşkilatın üzvüdür.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]