Rumıniyalı nazir: Azərbaycanla imzaladığımız saziş ölkəmizin qışda qaz problemi yaşamayacağına təminat verir
Buxarest, 10 avqust, AZƏRTAC
Rumıniyanın təbii qaz anbarları hazırda 77 faiz doludur.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin energetika naziri Sebastyan Burduja AGERPRES milli xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-dək anbarlar 90 faizdən çox dolu olacaq. “Qış çox sərt keçərsə, bizim “Romqaz”ın Azərbaycanla bağladığı müqaviləni işə salaraq 1 milyard kubmetr qaz ehtiyacımızı ödəmək imkanı var”, - deyə nazir vurğulayıb.
Nazir qeyd edib ki, Qara dənizdəki Neptun dərinliyindən təbii qazın nəqli üçün lazım olan infrastruktur hasilat başlayanda, 2027-ci ilə qədər hazır olacaq. Uzunluğu 308,3 km olan Tuzla-Podişor qaz kəməri Qara dənizdən qazın Qərbi Avropaya çatdırılması üçün nəzərdə tutulub. O, qazı Neptun Deep sahəsindən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirən BRUA qaz kəmərinə nəql edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]