RƏSMİ XRONİKA
RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç,
“Nevski ekspress” qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, yaralananların hamısının tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 noyabr 2009-cu il