RUSİYA FEDERASİYASININ XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROV MAYIN 21-DƏ AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gələcəkdir.
S.Lavrov Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
Rusiyanın xarici işlər naziri S.Lavrovu Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Artur Rasizadənin qəbul edəcəyi gözlənilir. Azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra nazirlər birgə mətbaut konfransı keçirəcəkər.
Rusiyalı nazir ölkəsinin Bakıdakı səfirliyində rus icmasının nümayəndələri ilə görüşəcək, Bakı Dövlət Universiteti ilə tanış olacaqdır. Bundan əlavə, S.Lavrov Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadəyə Rusiyanın “Dostluq” ordenini təqdim edəcəkdir.
Səfər mayın 22-də başa çatacaqdır.