Rusiya Prezidenti ilə canlı yayımın aparıcılarından biri Azərbaycan əsilli jurnalistdir
Moskva, 30 iyun, AZƏRTAC
Moskvada Rusiya Prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırır.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcılarından biri “Rossiya” telekanalının əməkdaşı, Azərbaycan əsilli jurnalist Nailə Əsgərzadədir.
V.Putin əvvəlcə ölkədə koronavirus pandemiyası ilə bağlı suallara cavab verərək bildirib ki, fevral ayında artıq peyvənd vurdurub. Tamaşaçıları ən çox maraqlandıran suallardan biri Prezidentin hansı peyvənddən istifadə etməsi olub. Rusiya dövlətinin başçısı bu məsələyə aydınlıq gətirərək, “Sputnik V” peyvəndi vurdurduğunu açıqlayıb.
O, həmçinin qeyd edib ki, ölkədə icbari peyvəndləmə prosesinin tətbiqinin əleyhinədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:35]
Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır
- 15.10.2026 [15:14]
Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
- 15.10.2026 [15:07]
“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO
- 15.10.2026 [15:03]
Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
- 15.10.2026 [14:44]