RUSİYADA BAŞ VERƏMİŞ TƏYYARƏ QƏZASINDA HƏLAK OLANLAR ARASINDA AZƏRBAYCANLILARDA VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 14-də səhər Moskvadan Permə uçan “Boinq-737” təyyarəsi qəzaya uğramışdır. Təyyaradəki 81 sərnişinin və 6 nəfər heyət üzvünün hamısı həlak olmuşdur. İlkin ehtimala görə, təyyarə mühərrikin birinin sıradan çıxması nəticəsində qəzaya uğramışdır.
RF Fövqəladə Hallar Nazirliyinin Perm vilayəti üzrə Baş idarəsindən bildirmişlər ki, həlak olanlar arasında 21 digər ölkənin vətəndaşı, o cümlədən 9 nəfər Azərbaycan vətəndaşı, habelə Ukrayna, Fransa, İsveçrə, Latviya, ABŞ, Almaniya, Türkiyə və İtaliya vətəndaşları da vardır.
Həlak olmuş Azərbaycan vətəndaşları aşağıdakılardırlar:
Abdullayev Rafiq (20.06.1960)
Əzizov Məmmədəli (14.03.1958)
Bədirov Ənvər (26.12.1951)
Cəlilov Akif (18.09.1949)
Mirzəyeva Nuridə (10.01.1986)
Osmanov Tağı (09.06.1994)
Səfiyev İsmayıl (13.02.1976)
Şabanov Aqil (02.01.1967)
Yuqas Lyudmila (08.12.1957) (08.12.57).
Hadisə ilə bağlı operativ məlumat almaq üçün Permdə “qaynar xətt” yaradılmışdır: 8-495-626-37-07.
Təyyarənin məxsus olduğu “Aeroflot” kompaniyası həlak olanların ailələrinə 2 milyon rubl məbləğində kompensasiya ödəyəcək və hər cür yardım göstərərəcyi barədə məlumat yaymışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]