Rusiyada koronavirusun yayılma sürəti aprelin sonunda və ya mayın əvvəlində azalacaq
Moskva, 27 mart, AZƏRTAC
Rusiyada koronavirusun yayılma sürəti aprelin sonunda və ya mayın əvvəlində azalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib. Onun sözlərinə görə, bu virusun yoluxma prinsipi digər kəskin respirator virus infeksiyalarına bənzəyir. Virus əsasən hava-damcı yolu ilə yoluxur və epidemioloji prosesin aktivliyi ilin isti aylarında xeyli azalır.
Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Voynoviç bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə virusdan qorunmağın mümkün olduğunu söyləyib. O deyib ki, yeni koronavirusdan da ağır xəstəliklər var və yalnız sanitar qaydalara riayət etməklə yeni pandemiyanın qarşısını almaq olar.
Qeyd edək ki, Rusiyada yeni koronavirusa 1036 yoluxma faktı qeydə alınıb. Xəstələrin 703-ü Moskva sakinidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]