RUSİYADAKI AZƏRBAYCAN DİASPORU REFERENDUMDA BÖYÜK FƏALLIQ NÜMAYİŞ ETDİRMİŞDİR
2002-ci il avqustun 24-də, Moskva vaxtı ilə saat 21.00 da ölkəmizin Rusiya paytaxtındakı, səfirliyində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair səsvermə prosesi başa çatmışdır.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən alınan son məlumata görə, nəzərdə tutulan seçicilərin böyük əksəriyyəti - 98 faizi referendumda iştirak etmişdir.
Referendum məntəqəsi komissiyasının sədri Əbülfət Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məzuniyyətlərin qızğın çağı olmasını və həmvətənlərimizin çoxunun ölkə xaricində olmasını nəzərə alsaq, bu, Moskvada yaşayan və ya hazırda burada olan Azərbaycan vətəndaşlarının yüksək fəallığını göstərir. Moskvada olan seçicilər dövlətimiz üçün taleyüklü bu tədbirdə əsl mütəşəkküllik nümayiş etdirmişlər. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]