Rusiyalı gimnast Lana Lebedeva qadın batutçular arasında fərdi yarışlarda birinci yerə yüksəlib
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın batutçular arasında fərdi yarışlarda Rusiya Gimnastika Federasiyasının təmsilçisi Lana Lebedeva 104,785 xalla birinci yerə yüksəlib.
Yaponiyalı Hikaru Mori 104,750 xalla ikinci, Böyük Britaniya təmsilçisi Brioni Peyc isə 104,525 xalla üçüncü pillədə qərarlaşıblar.
Hazırda qadın batutçular arasında fərdi proqram üzrə təsnifat yarışları davam edir.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]