Rusiyalı nazir: Biz bütün fəaliyyətimizdə “zərər vurma!” prinsipini rəhbər tuturuq
Bakı, 28 fevral, AZƏRTAC
Bu gün bizim danışıqların gedişində, dünən Prezident İlham Əliyevlə görüş zamanı bütün fəaliyyətimizdə “zərər vurma!” prinsipini, qarşıya çıxan bütün problemlərin, birincisi, üç liderin dörd bəyanatı çərçivəsində prinsipial razılaşmalara əsaslanan və ikincisi, regionun bütün ölkələri arasında qarşılıqlı sərfəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təmin edən həllinə şərait yaratmaq prinsipini rəhbər tuturuq.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında söyləyib.
Rusiya XİN rəhbəri daha sonra deyib: “Heç də bütün aktorlar, ilk növbədə Cənubi Qafqazdan uzaqda olanlar eyni prinsipləri rəhbər tutmurlar”.