Rusiyalı turistlər arasında Azərbaycana maraq üç dəfə artıb
Bakı, 28 mart, AZƏRTAC
AZƏRTAC “Kommersant.ru”ya istinadla xəbər verir ki, rusiyalı turistlər arasında Azərbaycana maraq üç dəfə artıb.
Rusiyalı turistlər arasında MDB ölkələrinin populyarlığının artmasından söz açan materialda deyilir ki, Azərbaycana maraq üç dəfə artıb. “DaTravel.com”un baş direktoru Vladislav Şevtsov deyib: “Biz Bakıya və Tbilisiyə marağın nəzərəçarpacaq dərəcədə artdığını görürük: yanvar ayından aprel ayınadək olan müddətdə bu istiqamətlərdə satılan biletlərin sayı ötən ilin analoji göstəricilərindən üç dəfə çoxdur”.
Rusiyalı turistlər tərəfindən Azərbaycana qabaqcadan sifariş edilən turların sayı 50 faiz çoxalıb.
Turizm operatorları və səyahətləri müstəqil planlaşdırma sistemləri qabaqcadan sifariş mərhələsində Azərbaycana olan səfərlərə marağın azı 50 faiz artdığını qeydə alıblar.