SAATLIDA PAMBIQ YIĞIMI BAŞLANMIŞDIR
Saatlı, 5 sentyabr (AZƏRTAC). Respublikanın ən iri pambıq istehsalçısı olan Saatlı rayonunda məhsul yığımı başlanmışdır.
İlk iş günündə xırmanlara 50 tona yaxın məhsul daşınmışdır. Bu mövsümdə rayonda 3.400 hektar sahənin məhsulu yığılacaqdır. Mütəxəssislərin qənaətinə gorə, tarlaların hər hektarından azı 30-32 sentner məhsul gözlənilir.
Əsas sifarişçi təşkilatlar olan emal müəssisələri - “Saatlı Pambıq” Açıq Səhmdar, “CTS Aqro” Məhdud Məsuliyyətli cəmiyyətləri və “Pambıqçı” kiçik müəssisəsi 1.200 nəfər sahibkarla bağladıqları müqavilələrə əsasən, onları nağd pul, yığım, yükdaşıma texnikası, habelə önluk və bardanla təmin etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]