Saatlıda pərakəndə ticarət dövriyyəsində artım olub
Saatlı, 17 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Saatlı rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 153 milyon 706,0 min manat olub ki, bunun da 15 milyon 228,3 min manatı və ya 9,9 faizi hüquqi şəxslərin, 138 milyon 477,7 min manatı və ya 90,1 faizi fərdi sahibkarların payına düşüb.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 699,1 min manat və ya müqayisəli qiymətlərlə 1,1 faiz artıb. Pərakəndə ticarət dövriyyəsinin 72 milyon 973,0 min manatı və yaxud 47,5 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 80 milyon 733,0 min manatı və yaxud 52,5 faizi qeyri-ərzaq mallarının payına düşüb. Pərakəndə ticarət dövriyyəsinin 153 milyon 702,9 min manatı və ya 99,9 faizi özəl sektorda formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]