Sabah bəzi yerlərdə havanın temperaturu 21 dərəcəyə yüksələcək
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16°, bəzi yerlərdə 19° isti təşkil edəcək.
Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 12-17°, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 15-18°, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 12-17°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacağı, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 2-7° isti, gündüz 12-17°, bəzi yerlərdə 21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 6-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19° isti, dağlarda gecə 5-8° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı gözlənilir.