“Sabah” komandası UEFA Konfrans Liqasında “Partizan” üzərində qələbə qazanıb
Bakı, 10 avqust, AZƏRTAC
Bakının “Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib.
Gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb. Matçın ikinci hissəsində daha gərgin idman mübarizəsi yaşanıb. Bu hissədə daha inamlı oyun göstərən bakılılar 69-cu dəqiqədə hesabı açmaq üçün gözəl şans əldə ediblər. Lakin Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu epizoddan 1 dəqiqə sonra “Sabah” istəyinə çatıb. Boyan Letiçin cərimə meydançasının kənarından vurduğu baxımlı zərbədən sonra top qapı tirinə toxunaraq tora daxil olub. - 1:0. Bu qoldan dörd dəqiqə sonra - 74-cü dəqiqədə B.Letiç Aleksey İsayevin ötürməsini qolla tamamlayaraq dublunu rəsmiləşdirib - 2:0.
Qalan dəqiqələrdə hesab dəyişməyib və görüş “Sabah”ın qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:19]
BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]