Sabirabadda 6 ayda tikinti-quraşdırma işlərinin həcmi 15 milyon manatdan çox olub
Sabirabad, 8 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Sabirabadda tikinti təşkilatları tərəfindən və fərdi sahibkarlar da nəzərə alınmaqla 15 milyon 410,8 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 842,3 min manat çoxdur.
Sabirabad Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yerinə yetirilən tikinti işlərinin 13 milyon 593,2 min manatı yeni tikli və yenidən qurma işləri, 445,4 min manat əsaslı təmir, 592,9 min manatı cari təmir, 779,3 min manatı isə sair tikinti quraşdırma işləri təşkil edib.
Ümumilikdə 2023-cü ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının yerinə yetirdikləri tikinti-quraşdırma işlərinin 78,5 faizi dövlət, 21,5 faizi isə qeyri-dövlət tikinti təşkilatlarının payına düşüb. İstifadəyə verilmiş əsas fondların dəyəri 7 milyon 18,9 min manat, əsas kapitala yönəldilmiş investisiyanın həcmi isə 11 milyon 323,8 min manat olub. Əsas kapitala yönəlmiş investisiyadan tikinti quraşdırma işlərinin həcmi 10 milyon 43,2 min manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]