Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sabirabad, 15 iyun, Aydın Yavərzadə AZƏRTAC
Sabirabad şəhəri ərazisində yerləşən klinikada qeydə alınan yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi saat 16 radələrində Sabirabad şəhəri Muğan prospektində yerləşən “Muğan” klinikasında qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin klinika binası yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
17:15
Sabirabad şəhər ərazisində klinikada yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabad şəhərindəki Muğan klinikasında qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımı tədbirlər davam etdirilir.