Sabirabaddakı “Muğan-qızı” abidə kompleksi yenidən qurulub
Sabirabad, 23 mart, Mahir Babayev, AZƏRTAC
Sabirabadın girişində yerləşən “Muğan-qızı” abidə kompleksi yenidən qurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə üzərində rekonstruksiya işləri aparılıb, istinad divarları milli ornamentlərlə bəzədilib. Ərazidə işıqlandırma sistemi qurulub, 500 kvadratmetr əraziyə üzlük daş döşənib, 400 kvadratmetr yaşıl çəmən döşənib, 2 mindən çox həmişəyaşıl ağac əkilərək suvarma sistemi ilə təmin olunub. Abidə-kompleksinin ətrafındakı 24 diametrlik avtomobil dairəsi milli atributları əks etdirilən dekorativ beton üzlüklə bəzədilib.