RƏSMİ XRONİKA
SABİTLİK, TƏHLÜKƏSİZLİK AZƏRBAYCANDA BÜTÜN MƏSƏLƏLƏRİN HƏLLİ ÜÇÜN BAŞLICA ŞƏRTDİR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 30-da Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim-tədris mərkəzinin açılış mərasimində vurğulamışdır ki, biz bütün mövcud çağırışlara hazır olmalı, təhlükəsizliyimizi təmin etməliyik.
Dövlət başçısı demişdir ki, başlıca vəzifəmiz Azərbaycanın, müstəqil dövlətin təhlükəsizliyidir və biz bunu təmin edirik, təhlükəsizlik məsələlərinə cavabdeh olan bütün qurumlar səmərəli işləyir. “Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Sabitlik, təhlükəsizlik Azərbaycanda bütün məsələlərin həlli üçün başlıca şərtdir”.