Sabunçu rayonunda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum edilmiş Ruslan Xəmmədov saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.