Şagirdlər Beynəlxalq Müəllimlər Günü ilə bağlı məlumatlandırılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrində şagirdlər 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı məlumatlandırılıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Azərbaycanda 1993-cü ildən qeyd edilir. Ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər şagirdlərin diqqətinə çatdırılıb. Məktəblilərə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən bəhs edilib.
Müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin daha da inkişafı üçün yüksək təhsilli, savadlı və vətənpərvər gənclər yetişdirmək yolunda əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Həyata keçirilən tədbirlər nəticəsində müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və ümumilikdə müəllim peşəsinə marağın artdığını da bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]