SAHİBKARIN TÖHFƏSİ
İmişli rayonunun Qaralar kəndində Bilik günü geniş qeyd edilmişdir. Yerli sahibkar, “Karat Holdinq” istehsalat-kommersiya firmasının prezidenti Əsəbil Qasımovun şəxsi vəsaiti hesabına tikilmiş Namiq Abışov adına orta məktəbin 600 şagird yeri olan yeni binasının açılışı bu əlamətdar günə xüsusi rövnəq vermişdir.
Birtipli layihə əsasında tikilmiş müasir üçmərtəbəli məktəbin 1,5 hektar ərazisi abadlaşdırılmış, burada ağaclar kollar əkilmiş, asfalt örtüklü yol çəkilmişdir. Məktəbin 24 sinif otağı, 2 kompyuter otağı, kitabxanası, örtülü idman salonu, futbol və basketbol meydançaları, müstəqil isitmə sistemi habelə bufet və yeməkxana da vardır.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndələri, müəllim və valideynlər mərasimdə çıxış edərək, böyüməkdə olan nəslin təhsilinə, təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğıya görə sahibkara minnətdarlıqlarını bildirmişlər. Bilik günü rayonda daha bir neçə məktəbdə dərslər yeni binalarda başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]