Sahibkarlar əqli mülkiyyət obyektlərindən qanunsuz istifadənin mümkün riskləri barədə məlumatlandırılıblar
Bakı, 29 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əqli Mülkiyyət Agentliyi tərəfindən əqli mülkiyyət obyektlərindən qanunsuz istifadənin mümkün riskləri və mənfi təsirləri barədə haqsız rəqabət və reklam qanunvericiliyi sahəsində bazar subyektlərinin maarifləndirilməsi məqsədilə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Dövlət Xidmətinin nümayəndələri haqsız rəqabət və reklam qanunvericiliyinin tələblərinə dair təqdimatlarla çıxış edib, sahibkarlara müvafiq sahədə hüquq və öhdəlikləri barədə məlumat veriblər.
Seminarın sonunda iştirakçıların sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.